İngiltərənin Bedfordşir qraflığının Lutone şəhərində iki avtobusun toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, qəza şəhərin mərkəzində baş verib.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Avtobusda sıxılmış vəziyyətdə qalan iki nəfər hadisə yerinə gələn fövqəladə hallar əməkdaşları tərəfindən çıxarılıb.
Gununsesi.info