Bu ərzaqların qiyməti “od tutub, yanır”… - SİYAHI

  • By admin
  • 03 Avqust 2016 13:31

arzaq

Son günlər Azərbaycanda gündəlik təlabat mallarının qiymətində nəzərəçarpacaq dərəcədə bahalaşma müşahidə olunur. Artıq hər bir sakin gündəlik tələbatlarını ödəmək üçün etdiyi kiçik alış-verişdə bunu hiss edir.

Gununsesi.info-nun əməkdaşının “Bizim Market”də apardığı müşahidələr zamanı məlum olub ki, məhsulların qiyməti onun yerli və ya xarici istehsal olmasından asılı olmayaraq bahalaşıb. Belə ki, əvvələr 500 qramlıq “Paşa”çayı 6 manat 40 qəpiyə satılırdısa, indi 6 manat 66 qəpiyə, 500 qramlıq “Çempion” çayı isə 7manat 58 qəpiyə satılır. Düyülərdən “Tamaşa” 2 kq-ğı 6 manat 09 qəpiyə, “Dana” 1kq-ğı 3 manat 57 qəpiyə, “Sultan” 2 manat 88 qəpiyə satılır. Qəndlərin qiyməti isə istehsalçı firmya və çəkisinə görə dəyişir. Bu gün “Azər Şəkər” kəllə qəndin 800 qramlığı 1manat 26 qəpiyə satılır. Hətta, zavod çörəyinin qiymətində 10 qəpik artım olub – 50 qəpik. Eyni zamanda, “qarabaşaq”ın 800 qramlığı 2 manat 20 qəpiyə, duru yağlardan “Final”ın (günəbaxan) 1 litiri 2 manat 50 qəpiyə, şəkər tozunun 1 kilosu isə 1mant 20 qəpiyə satılır. Həmçinin, ağartı məhsulların qiymətində də artım var. Yağlılıq faizinə görə, “Milla” süd məhsulu  (1,5 %) 1manat 26 qəpiyə satılır. Habelə, adi suların, meyvə sularının və spirtli içkilərin qiymətində də artım müşahidə etdik. Bundan başqa, salfetlərin qiymətində növündən asılı olaraq, əlavə 30-40 qəpik bahalaşma var. Bununla yanaşı,  əvvələr kilosu 9 manata satılan konfet çeşidləri indi 12 manata satılır. Ümumilikdə konfetlərin qiyməti 11-25 manat arasında dəyişir.

Maraqlıdır, qiymətlərin yenidən bu qədər bahalaşmasına səbəb nədir? Bu sahəni araşdıran mütəxəssis Rövşən Ağayev Gununsesi.info-ya bildirib ki, qiymət artımı manatın devalvasiyası ilə sıx bağlıdır: “Dövlət devalvasiya zamanı sərt qanunlar, qərarlar qəbul etməklə gündəlik təlabat mallarının qiymətinin artımının qarşısını almağa cəhd göstərdi. Qeyd edim ki, Azərbaycan idxaldan aslıdır, gündəlik təlabat mallarının 80 faizi xaricdən gətirilir. Hətta, Azərbaycanda qida məhsulların itxalından tutmuş, istehsalına kimi hamısı inhisardadı”. R. Ağayevin sözlərinə görə, indiki vəziyyətdə ölkə daxilində istehsal azalır, tələbat isə artır: “Gündəlik təlabat mallarının qiymətində artım ilin sonuna kimi davam edəcək. Eyni zamanda, bahalaşmanın digər bir səbəbi də manatın dollar qarşısında dəyərini itirməsidir”. Çörəyin qiymətinin artımına gəlincə, R. Ağayev buna birmənalı olaraq cavab verməyin çətin olduğunu deyib: “Belə ki, son bir ildə dünya bazarında taxılın qiymətində azalma baş verib. Belə olan halda, çörəyin qiymətinin artması başadüşələn deyil. Çünki dövlət çörəyin qiymətinin qalxması üçün un və taxılın gətirilməsinə qoyulan ƏDV-ni ləğv edib. Çörəyin qiyməti faktiki olaraq artmamalıydı. Amma çörəyin qiyməti artıb. Gələcəkdə bu, çox ağır sosila nəticələrə yol aça bilər”. R. Ağayev xatırladıb ki, manatın devalvasiyası zamanı unun qiyməti artmışdı, amma cəmiyyətin bu artıma kəskin reaksiyası verməsi, dövlətin müdaxiləsi ilə unun qiyməti aşağı salındı.

Anar

Gununsesi.info