216 bina qaznan təmin olundu

  • By admin
  • 03 Avqust 2016 13:39
qaz
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, Birlik 2016-cı ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 216 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 7401 ailə yaşayır. “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Anar
Gununsesi.info