Bu bölgələrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə yeni rəislər təyin edilib

  • By admin
  • 09 Noyabr 2017 17:12

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə və Zaqatala rayon şöbələrinə yeni rəislər təyin edilib.

Gununsesi.info report.az-a istinadən bildirir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murquzov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Zaqatala rayon şöbəsinin rəisi polkovnik-leytenant Ramil İsmayılov tutduğu vəzifədən azad edilərək, Bərdə rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Gununsesi.info