Bu dərmanların Azərbaycana idxalı qadağan olunacaq

  • Müəllif: admin
  • 12 Aprel 2017 12:15
dermanlar
Keyfiyyətsiz, mənşəyi məlum olmayan dərman vasitələrin Azərbaycana  idxalı qadağan olunacaq.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna  dəyişiklik məsələsi öz əksini tapıb.
Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən  “Normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan olunması nəzərdə tutur.
Qanun layihəsinə dəyişiklik prezidentin imzası ilə daxil olub.
“Reklam haqqında” qanuna təklif edilən əlavəyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməsi əksini tapıb.
 Qanuan dəyişiklik müzakirlərdən sonra parlamentin plenar iclasına tövsiyyə olundu.
Mürtəza
Gununsesi.info