Bu da bir sevinc payı- ŞƏXSİYYƏT VƏSİQƏLƏRİ EVLƏRƏ ÇATDIRILACAQ

  • By admin
  • 17 Fevral 2018 12:43

 

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

 

Gununsesi.info-ya Binəqədi RPİ-dən verilən məlumatda bildirilir ki,  Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşlarının bu dəfə Biləcəri qəsəbəsinə gəlişinin səbəbi də elə bu məqsədə – bir tərəfdən vətəndaş məmnunluğunu təmin etmək, digər tərəfdən bu vacib sənədin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirməyə xidmət edirdi.

Biləcəri Bələdiyyəsinin inzibati binasında keçirilən tədbir zamanı 72 nəfərin müvafiq sənədləri qəbul edildi. Qeyd edək ki, şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edənlərdən 5 nəfəri azyaşlı idi.

Müraciət edənlərin qan qrupunu müəyyən etmək üçün 15 saylı Poliklinikanın tibb işçiləri də gəlmişdilər.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları bu cür tədbirlərin digər qəsəbələrdə də keçiriləcəyini bildirdilər.   

 

Gununsesi.info