“Bu formatda müzakirə edəcəyimiz məsələlər var…” - PUTİN

  • Müəllif: admin
  • 08 Avqust 2016 17:17

put-1

Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə  RİA Novosti agentliyi xəbər yayıb.

Məlumata görə, bunu Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin bəyan edərək bildirib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər.

“Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var”- deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.

Gununsesi.info