Bakıda tozun miqdarı 37 faiz artdı - AÇIQLAMA (YENİLƏNİB)

  • By admin
  • 19 Aprel 2018 09:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

ETSN-dən Gununsesi.info verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən 19 aprel saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz  yuxadır.

****

Bir neçə saatdan sonra Bakı və Abşeron yarımadası toz dumana qərq olacaq. 

GUNUNSESİ.AZ bildirir ki, bu barədə Real TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq departamentinin direktor müavini Mətanət Avazlı deyib.

O bildirib ki, axşam saatlarında yaranan toz dumanı ötən dəfə olduğu kimi Ərəbistan yarımadasından gələcək.

Lakin bu dəfə Bakı və Abşeron yarımadasını daha qatı toz dumanı bürüyəcək.

Mətanət Avazlı qeyd edib ki, sürücülər gecə saatlarında yola çıxarkən ehtiyatlı olsunlar.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Gununsesi.az