Bu gün Brüsseldə Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək

  • Müəllif: admin
  • 11 İyul 2018 09:36

Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

Gununsesi.info-nun Report-a istinadən verdiyi məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.