Bu gün Davosda Dünya İqtisadi forumu başlayır

  • Müəllif: admin
  • 23 Yanvar 2018 09:40

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır. 

Gununsesi.info xəbər verir ki, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.

Davos Forumu yanvarın 26-na kimi davam edəcək.

Gununsesi.info