Bu gün “Yel çərşənbəsi”dir

  • By admin
  • 07 Mart 2023 14:05

Bu gün Novruzun – astronomik günəş təqvimi ilə yaz bayramının üçüncü çərşənbəsi qeyd olunur.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsində oyanan yelin, küləyin oyanmış suyu, odu hərəkətə gətirdiyi hesab olunur. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Ənənəvi olaraq, torpağa taxıl səpilir, yel taxılı yayıb, taxıl tarlalarını genişləndirməyə çağırılır. Eyni zamanda, belə bir inanc var ki, ağac altında dayanıb küləyi çağırmaq lazımdır. Küləkli hava ilin münbit olacağını göstərir.

Gununsesi.info