
Bu gündən “İran Air” Tehran-Bakı aviareysini bərpa edir. Artıq ilk reys bu gün Bakı vaxtı ilə saat 17.30-da H.Əliyev Beynəlxalq Hava limanına enəcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, İranın “İran Air” 29 yanvar 2018-ci ildən etibarən Tehran-Bakı aviareysini davamlı olaraq həftədə iki gün, bazar ertəsi və cümə axşamları həyata keçirəcək.
Hazırda İranın “Mahan Air” aviaşirkəti həftədə 3 dəfə Tehran-Bakı avireysini həyata keçirir.
Mürtəza
Gununsesi.info












