
2016-cı ildə Azərbaycana ən çox xarici turist İrqadan olub.
Bu barədə Gununsesi.info-ya AZAL mətbuat xidmətindən verilib. AZAL-dan bildirilib ki, 2016-ci ildə Azərbaycana daha çox sərnişin axını İraqdan olub. Daha dəqiqlə deyilsə sərnişin axını İraqın Bağdad, Bəsrə və Ən-Nəcəf şəhərlərindən müşahidə olunub. Onların ümumi sayı təxminən 60 min nəfər təşkil edib.
Bununla belə AZAL-dan bildirilib ki, beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3 faizi onların payına düşür. 2016-ci ildə ən məşhur istiqamətlərin siyahısına həmçinin Antalya, Tehran və Tbilisi daxil olub.
Mürtəza
Gununsesi.info












