Bu il 12 bank zərərlə işləyib - MƏNFƏƏTİN 90 FAİZİ İSƏ 3 BANKIN ÜZƏRİNDƏDİR

  • By admin
  • 12 Dekabr 2017 16:46

2017-ci ilin 9 ayının yekunlarına görə, 31 bankdan 12-i zərərlə işləyib.

Gununsesi.info bunu iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir.

Onun sözlərinə görə, Mənfəətlə işləyən 19 bankın 3 rüb üzrə ümumi mənfəəti 616 milyon manat olub. Bütün mənfəətin 90.3%-i və ya 556.5 milyon manatı 3 bankın, 10%-dən az hissəsi (49.5 milyon) 16 bankın payına düşüb.

Vüsalə

Gununsesi.info