Bu klubu Çempionlar Liqasından qovdular

  • By admin
  • 08 İyul 2016 10:59

sken

 

 

Albaniyanın “Skenderbeu” klubu Çempionlar Liqası turnirindən uzaqlaşdırılıb.

“Gununsesi.info” xəbər verir ki, UEFA-nın arbitraj məhkəməsi Albaniya klubunun şikayətini rədd edib. Klub 1 illik avrokuboklardan kənarlaşdırılıb. UEFA-nın işçi qrupunun qərarına görə, “Skenderbeu”nu Çempionlar Liqasında Albaniyanın “Partizani” komandası təmsil edəcək.

Maraqlıdır ki, “Partizani” Avropa Liqasının I təsnifat mərhələsində Slovakiyanın “Slovan” komandası ilə ilk oyununu keçirib. UEFA bu oyunun nəticəsini qeydə almayıb və “Slovan” növbəti mərhələyə vəsiqə əldə edib. “Partizani” isə Çempionlar Liqasının II təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, “Skenderbeu” 2013-cü ildə Çempionlar Liqasında Neftçi”ni mübarizədən kənarlaşdırmışdı