“Doza”ya dözmədi… - Hacıqabulda

  • By admin
  • 08 İyul 2016 11:03

narkotik

 

Hacıqabul rayonunda 31 yaşlı kişi yüksək dozada narkotik vasitə qəbulundan ölüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yaşayan Qax rayonunun Güllük kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Tural İlham oğlunun halı pisləşdiyindən Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyətdəki T. Yusifovun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ölümə yüksək dozada narkotik qəbulu səbəb olub. Hazırda meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info