Obama ögey qardaşının nikah mərasiminə İslami qiyafədə qatılıb

  • By admin
  • 08 İyul 2016 11:04

obama-nin-genclik-fotograflari-olay-oldu-7304784

 

ABŞ prezidenti Barak Obamanın İslam dininə aid geyimdə fotoları yayılıb və yayıldığı andan etibarən də olay yaradıb.

Gununsesi.info Türkiyənin “Milliyet” qəzetinə istinadən məlumata verir ki, fotoları amerikalı televiziya aparıcısı Bill O’Reilli aşkarlayıb.

Keniya əsilli müsəlman ailədə dünyaya gıələn Obama 90-cı illərdə ögey qardaşının nikah mərasiminə qatılarkən bu geyimi geyinib.

Bill O’Reilli islamla dərin bağlara sahib olan B. Obamanın İŞİD terror qruplaşmasının mövcudluğuna baxmayaraq, “islam terrorizmi” ifadəsini işlətməməsinin səbəbinin bu şəkildə göründüyünü deyib

Qeyd edək ki, dəfələrlə Obamanın müsəlman olduğu iddia edilsə də, ABŞ prezidenti özünün xristian olduğunu açıqlayıb.

 

obama-2

Gununsesi.info