Bu məhsulların idxalı 3 il ƏDV-dən azad edildi

  • By admin
  • 05 Aprel 2021 20:52

Nazirlər Kabineti Vergi Məcəlləsinin bəzi maddələrində dəyişikliklər edib.

Gununsesi.info  xəbər verir ki, dəyişikliklərlə bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, dəyişikliklər ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə edib.

Dəyişikliklə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən üç il müddətinə ƏDV-dən azad olunub.

Gununsesi.info