Bu mahnı qadağan olunsun – Nazir

  • By admin
  • 08 Aprel 2017 22:20

 sleyman_soylu_280716

 

HDP-nin referendumla bağlı hazırladığı “Bejna Na” mahnısının qadağan olunması üçün tapşırıq verdim.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

“HDP bir mahnı hazırlamışdı. “Tək millətə, tək dövlətə, tək bayrağa yox”. Həmin an bu mahnının qadağan olunması üçün valiyə zəng etdim. Daha sonra HDP-çilər mənə zəng etdilər. Mən dedim ki, bu mahnının heç bir yerdə səsləndirilməsinə qətiyyən icazə verə bilmərəm. Bu qədər bəsit. Bunlar elə bir cəbhədir ki, boşluq verdiyiniz an ölkənin hər tərəfində törəyərlər”, – nazir bildirib.

 

Gununsesi.info