Polşada binada partlayış olub, ölənlər var

  • By admin
  • 08 Aprel 2017 22:32

d0f4a52b16adfb2e16-43942078

 

Polşanın Svebodzitse şəhərində yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, dörd nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində bina uçub. İlkin məlumata görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib.

Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.

Partlayış baş verən an binada 15 nəfər olub.

Hadisə yerində xilasetmə-axtarış işləri davam etdirilir.

 

Gununsesi.info