Bu ölkədə məktəblər koronavirusa görə gələn il açılacaq

  • By admin
  • 07 İyul 2020 15:04

Keniyada ibtidai və orta məktəblər 2021-ci ilin yanvar ayında açılacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə Keniyanın Təhsil naziri Alberta Maqoxi “Twitter”də bildirib.

Onun sözlərinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbi ilə belə bir qərar qəbul edilib.

 

“Məktəbəqədər təhsil müəssisələri, ibtidai və orta məktəblər yanvarda açılacaq. 2020-ci ildə ibtidai və orta təhsil haqqında attestatların əldə edilməsi üçün imtahanlar keçirilməyəcək”, – deyə nazir vurğulayıb.

A.Maqoxi qeyd edib ki, bütün imtahanlar gələn il keçiriləcək.

Xatırladaq ki, Keniyada indiyədək 8 067 yoluxma halı qeydə alınıb, 164 nəfər vəfat edib. Xəstəlikdən sağalanların sayı 2 414 nəfərdir.

 

 

Gununsesi.org