Zaqatalada su problemi həllini tapdı – AÇIQLAMA

  • By admin
  • 07 İyul 2020 14:56

Zaqatala şəhərində bir həftəyə yaxın yaşanan su çatışmazlığı problemi həllini tapıb. 

Gununsesi.org xəbər verir ki, bir neçə gün əvvəl sakinlər tərəfindən Zaqatala şəhərində içməli su ilə bağlı problem olduğu bildirilib. Onların sözlərinə görə, təzyiq azaldığından bəzi yerlərdə, ümumiyyətlə, su yoxdur.

Məsələ ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı redaksiyamıza bildirib ki, problem həll olunub:

“Zaqatala şəhərində su çatışmazlığı Tala çayında suyun azalması ilə bağlıdır. Əməkdaşlarımız tərəfindən çayda müəyyən işlər görülüb. Sel suları, daşqınlar səbəbindən çayın yatağında olan drenaj suqəbuledici qurğuların üzərinə toplanmış lil qatı xüsusi texnikanın köməyi ilə təmizlənib. Çayın suyunu həmin qurğular istiqamətinə yönəldərək, süzülən suyun həcmini artırmışıq. Bunun hesabına Zaqatalaya verilən suyun həcmi artırılıb. Dünən “Azərsu”nun region üzrə rəisi ilə əlaqə saxlamışam. Hazırda Zaqatalada su anbarlarında kifayət qədər ehtiyat var. Şəhər qrafikli rejimlə içməli su ilə təmin edilir”.

Gununsesi.org