Bu ölkədə vatsap qadağan oluna bilər

  • By admin
  • 10 Mart 2023 20:46

Vatsap mesajlaşma tətbiqi “Onlayn Təhlükəsizlik Aktı”na görə tezliklə Böyük Britaniyada qadağan oluna bilər.

Gununsesi.info xəbər verir ki, bu haqda “Meta”nın vatsap rəhbəri Uil Katkart açıqlama verib.

Bildirilib ki, “Onlayn Təhlükəsizlik Aktı”  tətbiqi hazırda xidmətdə mesajları qoruyan “ucdan-uca şifrələmə”ni zəiflətməyə məcbur edə bilər.

Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, vatsap bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.

Gununsesi.info