Daha bir ölkədən TikTok qadağası

  • By admin
  • 10 Mart 2023 20:55

Belçikada dövlət işçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında qərar verilib.

Bildirilib ki, qadağa qərarı federal səviyyədə alınıb.

Həmçinin, Belçikada digər sahələrdə çalışan işçilər üçün də TikTok-a qadağa qoyulacaq.

Bundan əlavə, Belçika Kibertəhlükəsizlik Mərkəzi xəbərdarlıq edib ki, TikTok istifadəçilərdən məlumatlar toplayır.

Gununsesi.info