Bu qəzet səhvən nazir nömrəsini yayımladı

  • By admin
  • 16 May 2017 19:57

post

 

“Vaşinqton Post” qəzeti yanlışlıqla ABŞ Müdafiə naziri Ceyms Mattisin telefon nömrəsini yayımlayıb.

Axar.az xəbər verir ki, həmin nömrə sözügedən qəzetin yazarı Raçel Mantufelin məqaləsində yerləşdirilib.

O bildirib ki, Paul Redmond adlı oxucu bu xətanın fərqinə varıb və redaksiyaya zəng edərək bildirib:

“Mattisin mühafizəçisi Keyt Şillerin əlindəki kağızlardan birində nazirin adı və nömrəsi görsənir. Nömrəyə zəng edib dəqiqləşdirdikdən sonra həmin hissəni məqalədən çıxardıq”.

 

Gununsesi.info