Əsəd rejimi ölmüş məhbusları yandırır? –  Şok

  • By admin
  • 16 May 2017 19:45

suriye

 

Dəməşq yaxınlığında yerləşən Sednaya həbsxanasında krematoriumun inşa edilməsi ilə bağlı yayılan xəbərlər yalandır.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyinə adı açıqlanmayan bir mənbə məlumat verib.

“Suriya hökuməti belə iddiaların ABŞ hökuməti və casuslarının xəyal məhsulu olduğunu vurğulayır”, – xəbərdə bildirilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Stüart Cons Suriya hökumətinin sözügedən həbsxanada krematorium inşa etdiyini və ölən məhkumların burada yandırdığını iddia etmişdi.

 

Gununsesi.info