Ukraynanın birinci xanımı veriliş aparır

  • By admin
  • 16 May 2017 19:40

marinaporosenko

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenkonun həyat yoldaşı, Marina Poroşenko ölkəsinin öndə gedən televiziya kanallarının birində idman verilişinin aparıcısı kimi işə başlayıb.

Ukraynanın birinci xanımı sadə idman hərəkətləri ilə güclü millətə çevrilə bilməyin mümkünlüyünü sübut etmək üçün belə bir proqram hazırladığını bildirib. Xanım Poroşenkonun çalışdığı kanalın üç il əvvəl çevriliş nəticəsində Rusiyaya qaçan sabiq prezident Viktor Yanukoviçin dəstəkçilərindən biri olan tanınmış iş adamı Rinad Ahmedova aid olması isə ziddiyyətli müzakirələrə səbəb olub. Ukrayna prezidenti Petro Poroşenko bu məsələ ilə bağlı bildirib ki, ailəsində demokratiya hökm sürür və xanımının təqdim etdiyi verilişin siyasətlə heç bir əlaqəsi yoxdur.

marinaporosenko1

Gununsesi.info