Bu qadın Tovuzda itkin düşüb - Eksklüziv (FOTO)

  • By admin
  • 22 İyun 2016 17:55

foto

 

Tovuz rayonunda 27 yaşlı qadın itkin düşüb. Gununsesi.info xəbər verir ki, Aytəkin Quliyeva 8 gün əvvəl evdən çıxıb.

Belə ki, Tovuz rayonunun Əlimərdanlı kəndində doğulan qadın 6 il əvvəl Aşağı Öysüzlü kəndinə gəlin köçüb və 2 övladı var.

A.Quliyevanın itkin düşməsinin səbəbləri məlum deyil.

Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə də müraciət edilib. Hazırda qadının axtarışları davam edir.

Onu görənlərdən (051) 764 24 64 (atası Məzahir) nömrəli telefona məlumat vermələri xahiş edilir.