Bu sərhəd-keçid məntəqəsi bağlandı

  • Müəllif: admin
  • 14 Avqust 2017 19:44

gurcustan

 

Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanıb.

APA-nın məlumatına görə, buna səbəb Dəryal dərəsində müşahidə olunan kəskin hava şəraitidir.

Sərhəd-keçid məntəqəsinin əməkdaşları və ətrafdakı insanlar təxliyə olunub.

Qeyd edək ki, son günlər “Kazbeqi” sərhəd-keçid məntəqəsində turizm mövsümü ilə əlaqədar sıxlıq müşahidə olunurdu.

 

Gununsesi.info