
Çin hökuməti BMT Təhlükəsizlik Şurasının (TŞ) son sanksiyalarına uyğun olaraq Şimali Koreyadan dəmir, qurğuşun, kömür və dəniz məhsullarının idxalını dayandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Çin İqtisadiyyat Nazirliyinin Gömrük Baş İdarəsi məlumat yayıb.
Qərarın sabahdan etibarən qüvvəyə minəcəyi bildirilib.
Bundan əlavə, daha əvvəl razılaşdırılmış idxal-ixrac prosesləri ilə bağlı 5 sentyabra qədər vaxt verildiyi bildirilib.
Gununsesi.info











