Bu şirkət 1 günə 25 milyardlıq mal satdı

  • By admin
  • 12 Noyabr 2017 12:24


Çinin “Alibaba” şirkəti subaylar günündə rekord həcmdə satış gerçəkləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Agentlik alış-veriş saytı vasitəsilə 25,3 milyard dollarlıq mal satıldığını bildirib. Şirkətin satışları gün ərzində 39% artıb.

Qeyd edək ki, noyabrın 11-də Çində subaylar günü qeyd edilir. Nəticədə 24 saat ərzində bütün ölkə ərazisindəki mağazalarda genişmiqyaslı endirimli satışlar həyata keçirilir.

 

Gununsesi.info