Məşhur müğənninin avtomobilindən oğurluq etdilər

  • By admin
  • 12 Noyabr 2017 13:10

Müğənni Aysel Əlizadənin avtomobilini soyublar.

Gununsesi.info axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda “Lider maqazin”ə açıqlamasında deyib. O bildirib ki, “Porsche” markalı maşınından güzgüləri götürüblər:

“Güzgüləri çıxardıblar. Sağ-sol güzgü olmadığı üçün maşını sürmürəm. Heç vaxt maşına dəyərli nəsə qoymuram. Bunu nəzərə alsınlar. Ona görə də maşından nəsə götürməyiblər. Güzgünün özü də böyük ziyandır. Qadam-balam bununla getsin. İşi boş buraxmadım. Maşın olan yerdə kamera var. Hər şey tapılacaq. Götürüb, canı sağ olsun. Amma qanun qarşısında cavab verəcək”.

Gununsesi.info