Bu tədris müəssisələri elektron sistemə keçir - SİYAHI

  • By admin
  • 16 Yanvar 2018 08:50

Təhsilin idarə olunması üzrə innovativ platforma olan “Unibook” 2018-ci ildə Azərbaycanın 20 dövlət tədris müəssisəsində tətbiq olunacaq.

Gununsesi.info xəbər verir ki, barədə Trend-ə “Neuron Technologies” şirkətindən məlumat verilib.

Ötən il bu sistem Bakı Ali Neft Məktəbində, Gəncədə Azərbaycan Texnologiya Universitetində və Mingəçevir Dövlət Universitetində tətbiq olunub.

Qeyd olunur ki, “Unibook” platformasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Polis Akademiyasında, Dövlət İncəsənət Akademiyasında və digər strukturlar nəzdində fəaliyyət göstərən ali tədris müəssisələrində tətbiq olunması planlaşdırılır.

“Unibook” platforması ali tədris müəssisəsinin fəaliyyətini avtomatlaşdırmağa, elektron jurnallar tərtib etməyə, davamiyyət qeydiyyatını aparmağa və s. imkan verir.

Hazırda platforma Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Gömrük Komitəsində, Qərb Universitetində, Azərbaycan Milli Konservatoriyasında tətbiq olunub. “Unibook” həmçinin beynəlxalq bazara ixrac olunur.

Gununsesi.info