
Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq, tətbiq ediləcək.
“Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərdən alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir”, – deyə məlumatda əlavə olunub.
Gülnaz Qənbərli
Gununsesi.info









