
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq vətəndaşı bağlı qapı arxasından xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 10:41-də başa çatıb.
Anar
Gununsesi.info












