Bu yolda dəyişiklik ediləcək - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

  • By admin
  • 15 Mart 2018 22:24

Pik saatlarda yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə 4-cü mikrorayon dairəsində dəyşiklik edilib.

Gununsesi.info xəzərxəbər-ə istinadən bildirir ki, dairəyə daxil olan nəqliyyat vasitələri artıq işıqforla tənzimlənəcək. Bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dairənin ətrafına, yəni Cavadxan və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində işıqforlar quradşrırıb.

Qeyd edək ki, sözügedən ünvanda qəzalar tez-tez baş verirdi. Həmin kadrlar günün müxtəlif vaxtlarında ərazidəki təhlükəsiz şəhər kameralarına da düşüb.

Yaxın günlərdə dairədə hərəkət işıqforla tənzimlənəcək. Yol polisi bunun effektiv olacağını düşünür.

Elə sürücülər də yoldakı dəyişikliyin hərəkətə müsbət təsir edəcəyini deyirlər. Onlar bunun əsasən günün axşam saatlarında hiss olunacağını bildirirlər.

Gözlənilən nəticə əldə olunmazsa, işıqforun fəaliyyəti dayanacaq.

Gununsesi.info