
Bu ilin ilk ayında dövlət büdcəsi 416.6 milyon manatlıq profsitlə icra olunub.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK-ya görə 2018-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 milyard 400 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb.
Dövlət büdcəsinin xərcləri isə yanvar ayında 975.5 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz çoxdur.
Vüsalə
Gununsesi.info











