Bülənt Arınc “od püskürdü”: "Qətiyyən qorxmuram, hamısının hesabını soracam"

  • By admin
  • 30 İyul 2016 14:49

bulent

 

Türkiyə Böyük Millət Məclisi (TBMM)sabiq spikeri Bülənt Arınc 15 iyul çevrilişinə görə saxlanlan yaxınları ilə əlaqədar yayılan məlumatlarla bağlı öz “Twitter” səhifəsində açıqlama verib.

Gununsesi.info-nun məlumatına görə, B.Arınc saxlanılan Ziya Tayın qaynı olmadığını, yoldaşının əmisi oğlu olduğunu bildirib: “O gözəl bir insan, gözəl bir ailə başçısı, milliyətçi, vətənsevər və yaxşı bir bürokrat idi. Tutuduğu vəzifəyə paraşütlə gəlməmişdi. Ədalətə inanıram və ən yaxın zamanda sərbəst buraxılacağına əminəm”.

B.Arınc eyni zamanda, bu xəbərlərin onun hədəf alınması məsələsinə də aydınlıq gətirib: “Qələmi və kəlamı kin, nifrətlə dolu olanlara səslənirəm. Sizlərdən mənim barəmdə dediklərinzdən qətiyyən qorxmuram…! Ankarada, İstanbulda və özəlliklə də Bursa da 3-5 kişinin bir yerdə həyata keçirdikləri əxlaqsızlqdan, düşmənçilşikdən və qurduqları tələlərdən xəbərimin olmadığını sanmasınlar. Onların hamısını tanıyıram və hər bir sətrlərini qeyd edirəm. Bunun hamısının hesabını soracam”. Gununsesi.info