
ABŞ-da hökm sürən şiddətli daxili-siyasi mübarizəyə görə Donald Trampla görüşümüz hələ də baş tutmayıb.
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Görüşün baş tutmamasının səbəbini ABŞ-dan olan həmkarlarımızdan soruşmaq lazımdır. Mənim nəzərimdə bu, ABŞ-da hökm sürən daxili-siyasi mübarizənin nəticəsidir”, – deyə Putin Trampla görüş barədə sualı cavablandırarkən bildirib.












