“Bunundamı günahı Rauf Arifoğludadı?!” - Azər Ayxan da Rauf Arifoğlunun müdafiəsinə qalxdı

  • By admin
  • 02 Avqust 2016 11:44

azar

 

“Yanvardan üzü bu günə müxalifətin etiraz aksiyaları keçirmək üçün ciddi əsasları olub. Hər dəfə müxtəlif bəhanələrlə yayınıblar. Çünki aksiyalarına bir rayon təşkilatının üzvlərinin sayı qədər adam gəlmir”.

Gununsesi.info-nun məlumatına görə, bunu “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan sözügedən qəzetin baş redaktoru və qardaşı Rauf Arifoğlu ilə Müsavat başqanı Arif Hacılı arasında yaranan məlum son qalmaqala münasibətini açıqlayarkən bildirib.

Onun dediyinə görə, amma “Yeni Musavat” qəzetini, musavat. com saytını hər gün üst-üstə 100 minlərlə insan oxuyur.

“Arif Hacılının saytlara verdiyi müsahibəsinə baxın, bir neçə yüz adam baxa, baxmaya onun intervüsünə. Bitməyin, tükənməyin, başqa rəsmi, sübutu, faturasımı olur?! Bu adamlar İlham Əliyevi ən sərt ifadələrlə yamanlayırlar – fəqət nə mitinqlərinə xalq gəlir, nə müsahibə və açıqlamalarını oxucu vecinə alır. Bunundamı günahı Rauf Arifoğludadı?!

Güzgünü niyə sındırırsız axı… Sizin əvəzinizdən “Yeni Müsavat”çılar illərlə müxalifətçilik etdilər, rejimlə vuruşdular, tutuldular, döyüldülər, söyüldülər. Sizə lbir zəhmət, arada bu işi özünüz də görün, müxalifət liderləri. Çünki siyasi hakimiyyətlə aktiv mübarizə birbaşa sizin vəzifənizdi”-deyə, o, daha sonra qeyd edib.

Gununsesi.info