Burada tətil keçirən hər turistə 300 dollar veriləcək

  • Müəllif: admin
  • 03 May 2017 19:22

virginn

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Karib dənizi hövzəsində yerləşən və ABŞ-ın tabeliyində olan Vircin adalarında maraqlı tanıtım kampaniyası başladılıb. Belə ki, il ərzində adaya gələn hər turistə 300 dollar veriləcək.

Məlumatlara görə, 300 dollar adaya səyahət edənlərə çek şəklində veriləcək. Lakin bu pulun xərclənməsinə məhdudiyyət qoyulub. Belə ki, turistlər 300 dollarlıq çeki sadəcə tarixi və mədəni yerləri, o cümlədən, muzeyləri görmək üçün istifadə edə biləcək.

300 dollarlıq çeki əldə etmək istəyənlər ilk növbədə Vircin adalarına səyahət etməli, daha sonra isə oteldə ən azı 3 gecə qalmaq üçün otaq sifariş etməlidir. Yalnız bu əməliyyatları yerinə yetirdikdən sonra turizm şirkəti həmin çeki sifarişçiyə göndərir.

Kampaniya bir il müddətində keçərlidir. Turistlərə belə bir jest edilməsinin səbəbi 2017-ci ildə Vircin adalarının ABŞ tabeliyinə qatılmasının 100-cü ildönümünün qeyd edilməsidir.

virginnn

virginnnn

virginnnnnnn

Gununsesi.info