Burak Yılmaz birinci oldu

  • By admin
  • 05 İyun 2021 09:53

Türkiyə millisinin kapitanı Burak Yılmaz “Lill”də 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Gununsesi.info xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub.

35 yaşlı hücumçu 52.2 faiz səs toplayıb. Mayk Menyan 2-ci (28.7 faiz səs), Benjamin Andre (9.6 faiz səs) 3-cü olub.

B.Yılmaz başa çatan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 28 matçda 16 qol vurub.

Gununsesi.info