Beynəlxalq Valyuta Fondunun ofisində partlayış baş verib - YARALANANLAR VAR

  • By admin
  • 16 Mart 2017 15:56

bvf

Beynəlxalq Valyuta Fondunun (BVF) Parisdə yerləşən ofisində partlayış baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa polisi dərhal binada axtarışlara başlayıb.

Fransa polisinin verdiyi məlumata görə, ofisə göndərilmiş zərf açılarkən partlayış baş verib, bir nəfər yüngül şəkildə yaralanıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun ofisi Yelisey Sarayına yaxın ərazidə yerləşir.

Anar
Gununsesi.info