Cəbhə bölgəsində yeni hərbi şəhərcik istifadəyə verilib - FOTO+VİDEO

  • By admin
  • 02 Fevral 2017 11:49

faf7648c752cfb2849343c2ad9ffd4f8

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Gununsesi.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Ordunun keçən ilin aprel ayında keçirdiyi əks-həmlə əməliyyatına və ümumilikdə fəaliyyətinə yüksək qiymət verməsi şəxsi heyəti yeni uğurlara sövq edir.

Dövlət başçısının Ordumuzun nailiyyətləri haqqında söylədiyi xoş sözlər və göstərdiyi yüksək diqqətin nəticəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanır.

Fevralın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada inşa edilmiş daha bir yeni hərbi şəhərciyin açılışında iştirak edərək qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlərlə tanış olublar.

Bildirilib ki, tikintisi 2014-cü ilin iyun ayında başlanan hərbi şəhərcik 35 hektar ərazidə yerləşir. Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa edilib. Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var.
Şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət 9 əsgər yataqxanası tikilib. Burada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.

Ailəli və subay hərbi qulluqçular üçün təmirli və kommunikasiya xətləri çəkilmiş iki və üçotaqlı mənzillərdən ibarət 5 yaşayış binası inşa edilib. Mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub.

Hərbi qulluqçulara ixtisaslı tibbi yardımın göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 30 çarpayılıq tibb məntəqəsi də tikilib.

Şəxsi heyətin dolğun qidalanması üçün mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları olan geniş yeməkxana da istismara verilib. Yeməkxana kompleksində çörək və şirniyyat məmulatlarının bişirilməsi sexi də fəaliyyət göstərir.

Hərbi hissədə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul evi də inşa edilib.

Şəhərcikdə müasir avadanlığın quraşdırıldığı hamam-camaşırxana və qazanxana kompleksi fəaliyyət göstərir. Burada bir buxar qazanxanası, iki transformator yarımstansiyası da istifadəyə verilib. Ərazidə hər birinin həcmi 500 kubmetr olan 2 su anbarları da yaradılıb.

Bundan başqa hərbi hissənin ərazisində 600 yerlik klub və idman şəhərciyi də istifadəyə verilib.

Hərbi şəhərcikdəki şəraitlə tanışlıqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

f487a62bfe497751161ae81904081aa5 f9c2b8f3bfe0156f795b6e57b136244e ecdd6469b9d8fc0172a0da048e356b7b e87676c17197c238ab676b09b4286b07 df6f14e37ada6c9cfc0549fd4a2a497b d24281f28c3ccc940df11907821c6a90 d08b44f7e3d886c0aec7ae92eade5d1f d2bcf124906067f69eb1ca6d353a8b6e cebhe cd1630a2b06e1a42e29f87053d5244ed c5f53225173d50b2370c7a484670ef5a c3a08a51e211ece7f239a8552aabb9b9 bfabc4b4376110774028b8aa79c36c3b bd95771767a951d40b6f40d8e5174f42 ae0ec0fb7e66a63b321c167cf7895541 851a0073ffd20963ccd90940eaa8d231 5084e0ddc859c3da54c185ce086f367b 6001ce4ee44a9ea1c5086112da244566 38509dab128723e2ba57d2914b2075e4 788a87bbcb68a2a95a8d837eba3be6a4 98a3a5afec35386d31d30610499f4772 92d8cdec265760ee348b0d54af223462 74e5c5fd4276716e1010a242e9fac691 11b79b7d32305b845a809d19983406d6 27d1bd896166ca93a0c7446467d0d1ab 70b412f9823bb5916d16c86a9c5003b9 72d8355d75d98039e213de77eb1acedb 3ee133eaa0938468cb1ffd4de6ade79b 7c1d6c51e4180b8d9e1ad16bb36a419a 8a50d7f1076df2bdab8db45c30980de9 9d2d76b54c229f59f18b0440694e0965 2f0bb25fa8ecb9abfb816ce78b14475c 1c5e9f6c1ea7c630206dcc3dfac66305

Anar

Gununsesi.info