Cəbhədə gərginlik davam edir - ATƏŞKƏS 139 DƏFƏ POZULUB

  • By admin
  • 20 May 2017 09:20

980506-A-1200M-002 	Two U.S. Army soldiers launch a mortar round on the live fire range at Glamoc, Bosnia and Herzegovina, on May 6, 1998.  These 2nd Armored Cavalry Regiment soldiers are deployed to Bosnia and Herzegovina as part of the Stabilization Force in Operation Joint Guard.  DoD photo by Pfc. R. Alan Mitchell, U.S. Army.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (49 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 139 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu, Ağbulaq, Ağdam kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Kəngərli, Baş Qərvənd, Cəvahirli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gununsesi.info