Cəlilabad-Cəngan-Qaradağlı yolu bağlanılıb

  • By admin
  • 28 Oktyabr 2016 11:26
yolucqun 
Cəlilabadda həyat iflic vəziyyətdədir.Son günlərdə yağan yağıntılar respublikanın müxtəlif bölgələrində cddə fəsadlar yaradıb. Belə ki, çayların məcrasından çıxması nəticəsində yaşayış məntəqələri və əkin sahələrini su basıb. Yağıntılar daha çox fəsadlarını Cəlilabad rayonunda  göstərib və xüsusən də yollarda hərəkəti iflic vəziyyətə salıb.
Bu barədə Gununsesi.info-ya Cəlilabda sakinləri məlumat verib. Sakinlər bildiriblər ki, Cəfərli kəndində su bəndinin dağılması nəticəsində rayonun Alar kəndini və buradan keçən Bakı-Astara magistarlını su basıb.
Alar kəndində körpü  qəzalı vəziyyətə düşdüyündən Bakı-Astara  magistralı bağlanıb.  Mağıstralda  yolu bərpa etmək üçün müvəqqəti alternativ yol açılıb. Ancaq burada da hərəkət həddən artıq çətindir.
Bunda əlavə olaraq rayon mərkəzindən keçən Mişarçay da məcrasından çıxaması nəticəsində rayon mərkəzi və Petrovka və ətraf kəndlərdə ciddi problemlər yaradıb.
Yağıntılar  nəticəsində iki ay öncə istifadəyə verilən Cəlilabad –Cəngan- Qaradağlı yolu da uçub. Cəlilabad-Cəngan- Qaradağlı yolunun Porsava kəndi  ərazisində daşla dolu maşın keçərkən yol uçub. Yol tökmə torpaq olduğundan maşın  batıb və bu da yolun uçmasına səbə olub. Yol bir müddət bağlansa da, müvəqqəti alternativ yol açmaqla  yoldə hərəkət bərpa olunub.
Gununsesi.info