Cəlilabadda əkin sahələrindəki yanğın söndürüldü

  • By admin
  • 05 İyun 2022 15:07

Cəlilabad rayonunda yanğın başlayıb.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb.

İlkin məlumata görə, yanğın əkin sahələrinin olduğu ərazilərdə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad və Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

***

Cəlilabad rayonunun Dələli kəndində baş verən yanğın söndürülüb.

Yanğın nəticəsində yarım hektar ərazidə quru ot və kol-kos yanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info