
Gününsəsi.info xəbər verir ki, hadisə Ələt -Astara magistral yolunun Göytəpə qəsəbəsindən keçən hissəsində qeydə alınıb.Masllı rayon sakini Qeyrət Allahverdiyevə məxsus Vaz 21 07 marakalı minik avtomobili qarşı tərəfdən gələn Akif Mirişovun İdarə etdiyi KAmaZ markalı yük avtomobili ilə toqquşub. Qəzanın təsirindən minik avtomobili tamamilə yarasız hala düşüb. Sürücü Qeyrət Allahverdiyev Masallı rayon xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Qəzaya hüquqi qiymət isə avtotexniki və tibbi ekspertizanaın rəyi açıqlandıqdan sonra məlum olacaq.

Gününsəsi.info









