Cəlilabadda avtomobil aşaraq körpüdən su kanalına düşdü..

  • By admin
  • 02 May 2021 21:48

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info “Report”un Muğan bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə Üçtəpə-Təzəkənd kənd yolunda qeydə alınıb.

Belə ki, “Prado” markalı minik avtomobilinin sürücüsü sərt döngədə nəqliyyat vasitəsinə idaretməni itirib. Nəticədə avtomobil su kanalına düşüb.

İlkin məlumata görə, qəza nəticəsində Salyan rayon sakini olduğu bildirilən sürücü xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info