Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • By admin
  • 02 May 2021 21:42

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Gununsesi.info  Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 340 nəfər pandemiyanın qurbanı olub.

240 min 145 koronavirus testi aparılıb ki, bunun da 25 min 980-i müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 532-dir.

Son sutkada 75 min 182 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 480 min 381-ə çatıb.

Gununsesi.info